Bazar ertəsi, 29 Aprel

"Bazarstore"u qarət edib satıcıya bıçaq çəkənlər tutuldu - YENİLƏNİB

image

Bakıda supermarketi qarət edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 24-də saat 22 radələrində Nizami rayonu ərazisində yerləşən marketlərin birində nəzarətçinin 240 manat dəyərində 5 qutu şokoladı oğurlamağa cəhd göstərən şəxsi saxlamaq istəyərkən həmin şəxsin onun üzərinə kəsici alət çıxararaq oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar S.Süleymanov və T.Tahirov müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı S.Süleymanovdan metamfetamin və 1 ədəd bıçaq, T.Tahirovdan isə metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

***
27.09.2023

Saat: 09:20

Bakıda quldurluq hadisəsi olub.

Xəbər verilir ki, hadisə Nizami rayonu Özbəkistan küçəsində yerləşən "Bazarstore" supermarketdə baş verib. Naməlum şəxs mağazadan 240 manat dəyərində olan 5 qutu şokoladı oğurlayarkən nəzarətçi onu görüb və saxlamaq istəyib. Bu zaman həmin şəxs nəzarətçiyə bıçaq çıxararaq, hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55